KOBİA-da sahibkarların müraciətləri dinlənilib
Qəbul zamanı sahibkarların biznes fəaliyyəti və qarşılaşdıqları məsələlərə dair sualları cavablandırılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarların biznes fəaliyyətinin inkişafı, o cümlədən satışa, bağçılığın və aqroturizmin inkişafına dəstək, xarici bazarlara çıxış, eləcə də digər məsələlərə dair müraciətlərini dinləyib, suallarını cavablandırıb. Qəbulda həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri və onlardan səmərəli istifadə qaydaları barədə ətraflı məlumat verilib.
KOBİA tərəfindən sahibkarların müraciətlərinin operativ şəkildə araşdırılması, biznes təşəbbüslərinin dəstəklənməsi və qarşılaşdıqları məsələlərin həllinə dəstək göstərilməsi məqsədilə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Sahibkarlar www.smb.gov.az internet səhifəsinin “Vətəndaşların qəbulu” bölməsi vasitəsilə Agentliyin rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər.




































































