“Norm” sementini rayonlara “paylayan” “Konstromat”ın sahibi nə qədər qazanır? - RƏQƏMLƏR

Hit: 266
“Norm” sementini rayonlara “paylayan” “Konstromat”ın sahibi nə qədər qazanır? - RƏQƏMLƏR
“Konstromat” ASC-nin sahibinin şirkətdən illik dividend gəlirinin həcmi məlum olub. 
 
Plat.az xəbər verir ki, tikinti materiallarının distribütorluğunu həyata keçirən “Konstromat” ASC 2025-ci ili 3,59 milyon manat xalis mənfəətlə başa vurub.
 
Ötən il şirkətin ümumi mənfəəti 4,48 milyon manat təşkil edib. 897 min manat mənfəət vergisi ödənildikdən sonra xalis mənfəət 3,59 milyon manat olub. Bu göstərici 2024-cü illə müqayisədə 18,5% və ya 814 min manat azdır. Belə ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 4,4 milyon manat təşkil edib.
 
Şirkətin yeganə sahibi və 100% səhmdarı Rasim Naib oğlu Əkbərovdur.
 
2025-ci ilin maliyyə nəticələrinə əsasən, Rasim Əkbərov özünə 1 milyon 710,6 min manat dividend ayırıb. Bu, əvvəlki illə müqayisədə 66,7% və ya 3 milyon 426,5 min manat azdır. Belə ki, 2024-cü ildə şirkət sahibi 5 milyon 137,1 min manat dividend əldə etmişdi.
 
Beləliklə, Rasim Əkbərovun 2024–2025-ci illər üzrə ümumi dividend gəlirləri 6 milyon 847,7 min manat təşkil edib.
 
Qeyd edək ki, “Konstromat” ASC 2013-cü ildə fəaliyyətə başlayıb. Şirkətin əsas fəaliyyəti “Norm” sement zavodunun istehsal etdiyi Klass A (400 marka) və Klass B (300 marka) sement məhsullarının ölkənin şəhər və rayonlarında yerləşən pərakəndə ticarət obyektlərinə və tikinti şirkətlərinə distribütor kimi satışını həyata keçirməkdir.






Redaktorun seçimi