ASCO-da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Hit: 163
ASCO-da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib.
 
Görüş zamanı qonaqlara ASCO-nun biznes ehtiyacları və prioritet istiqamətləri, eləcə də orta və uzunmüddətli inkişaf proqramları barədə ətraflı məlumat verilib.
 
Tərəflər müasir çağırışlara cavab verən, səmərəli və dayanıqlı donanmanın formalaşdırılması istiqamətində həyata keçirilən işləri müzakirə ediblər. Bununla yanaşı, yaşıl gəmiçilik, dekarbonizasiya, rəqəmsal həllərin tətbiqi ilə bağlı nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
 
Asiya İnkişaf Bankının nümayəndələri ASCO-nun strateji inkişaf hədəflərini yüksək qiymətləndirərək, bu istiqamətdə həyata keçiriləcək layihələrə dəstək göstərməyə və əməkdaşlığa hazır olduqlarını bildiriblər.
 
Görüşdən sonra qonaqlar ASCO-nun inzibati binasında yerləşən "Üç əsrin şahidi" muzeyini ziyarət edib, Azərbaycanın gəmiçilik tarixi və irsi ilə yaxından tanış olublar.






Redaktorun seçimi