Akif Cahit Erdoğan “Yapı Kredi Bank Azərbaycan”dan getdi

Hit: 291
Akif Cahit Erdoğan “Yapı Kredi Bank Azərbaycan”dan getdi
“Yapı Kredi Bank Azərbaycan”ın Müşahidə Şurasının (MŞ) sədr müavini bankdan ayrılıb. 
 
Bu barədə Plat.az-a bankdakı mənbədən bildirilib.
 
Qeyd edilib ki, bankın sədr müavini Akif Cahit Erdoğan iyul ayının əvvəlində öz istəyi ilə bankdan ayrılıb. 
 
O həmçinin, Audit Komitəsinin sədri vəzifəsini tərk edib. MŞ-də hələlik onun yerinə təyinat olmasa da, Audit Komitəsinə yeni sədri Mehmet Erkan Akbulut təyin edilib. 
 
Qeyd edək ki, Akif Cahit Erdoğan iyul ayının 1-dən etibarən əsas bank olan  “Yapı Kredi Banka”sındakı Kommersiya və KOB bankçılığı üzrə baş direktorun müavini vəzifəsindən də ayrılıb. 
 
Xatırladaq ki, Akif Cahit Erdoğan 2021-ci ildə “Yapı Kredi Bank Azərbaycan”ın rəhbərliyinə təyin edilmişdi. 
 
Yapı Kredi Bank Azərbaycan QSC 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)" yaradılıb, 2007-ci ildə rebrendinq edilib. Yapı və Kredi Bankası A.Ş (Türkiyə) bankının törəmə bankıdır.






Redaktorun seçimi