İdarə müdiri bağça müdirləri ilə görüşüb
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin müdirləri ilə görüşüb.
İdarənin inzibati binasında keçirilən görüşdə məktəbəqədər təhsil müəssisələrində uşaqların davamiyyəti, qrupların komplektləşdirilməsi, uşaqların qəbulu prosesi, təlim-tərbiyə işinin təşkili, müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
Görüş zamanı məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsi, qəbul prosesinin şəffaf və səmərəli təşkili, uşaqlar üçün sağlam və təhlükəsiz təhsil mühitinin təmin olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Sonda məktəbəqədər təhsil müəssisələrinin müdirlərini maraqlandıran suallar cavablandırılıb.



































































