SOCAR və “PETROCI Holding” “Baleine” layihəsi üzrə görülən işləri nəzərdən keçirib
SOCAR-ın prezidenti Rövşən Nəcəf iyulun 7-də "PETROCI Holding"in baş direktoru Fatoumata Sanoqo ilə görüşüb.
Şirkətdən Faktor.az-a bildirilib ki, görüşdə SOCAR və “PETROCI Holding” arasında “Baleine” neft-qaz yatağının işlənməsi layihəsi üzrə əməkdaşlıqdan məmnunluq ifadə olunub, layihə çərçivəsində görülən işlər nəzərdən keçirilib.
Söhbət zamanı tərəflər qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparıb, o cümlədən işlənmə, hasilat, neft və neft məhsullarının ticarəti, emal, rəqəmsallaşma, süni intellektin tətbiqi, insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.


































































