Yeni çəltik sortlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Pakistandandan gələn nümayəndə heyəti ilə işgüzar görüş keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Pakistan İslam Respublikasından olan Pakistan Dövlət Kənd Təsərrüfatı Tədqiqat Şurasının üzvü Dr. Qulam Məhəmməd Əli və nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüşün əsas müzakirə mövzusunu çəltikçilik sahəsində əməkdaşlıq imkanları təşkil edib.
Görüş zamanı hər iki ölkənin çəltikçilik sahəsindəki mövcud potensialı, müasir becərmə texnologiyalarının tətbiqi və yüksək məhsuldarlığa malik çəltik sortlarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qonaqlara Əkinçilik ETİ-nin bu sahədə apardığı elmi-tədqiqat işləri və əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verilib.
Müzakirələrdə Pakistan tərəfinin zəngin təcrübəsindən istifadə etməklə Azərbaycanda dənli və paxlalı bitkilərin inkişafına töhfə verəcək biotexnoloji metodların tətbiqi üzrə torpaqlardan istifadə qaydaları diqqətə çatdırılıb, həmçinin əməkdaşlığın istiqamətləri-kadr hazırlığı potensialı da vurğulanıb
Görüşdə həmçinin seleksiya proseslərinin sürətləndirilməsi və innovativ metodların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib. Əkinçilik ETİ-də yaradılmış müasir nəsilartırma otaqlarında biotexnoloji metodlardan istifadə etməklə sürətli seleksiya (speed breeding) sahəsində əldə ediləcək son nailiyyətləri müzakirə edib. Vurğulanıb ki, bu texnologiyaların tətbiqi Azərbaycanda yerli şəraitə uyğun və xəstəliklərə davamlı, yüksək məhsuldar çəltik sortlarının yaradılması müddətini əhəmiyyətli dərəcədə qısaldacaq və elmi nəticələrin birbaşa istehsalata ötürülməsini təmin edilməsi imkanlarından bəhs edildi.
Görüşün sonunda çəltikçilik sahəsində birgə layihələrin icrası və gələcək əməkdaşlıq məqsədilə növbəti addımların atılması barədə razılıq əldə olunub.


































































