Adlarını dəyişən vətəndaşlar: - Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…

Hit: 155
Adlarını dəyişən vətəndaşlar: - Balabəyim, Fəlakət, Küsgün, Saatxanım, Samovar…
Bu ilin ilk 6 ayı ərzində doğulan oğlan uşaqlarına ən çox Uğur (849), Raul (601), Miran (523), Əli (521), Hüseyn (519), Yusif (434) Ömər (349), Murad (341), Tunar (321), Fateh (309), qız uşaqlarına isə Melisa (569), Aylin (547), Məryəm (538), İnci (514), Nilay (503), Alisa (494), Zəhra (493), Ayla (442), Zeynəb (429), Fatimə (367) adları qoyulub.
 
Bu barədə Modern.az saytınının sorğusuna Ədliyyə Nazirliyindən verilən cavabda bildirilib.
 
Qeyd edilib ki, cari ilin ilk 6 ayı ərzində 1213 nəfər ad, soyad və ya ata adını dəyişdirib. Onlardan 321-i kişi, 892-si isə qadın olub.
 
"Ən çox seçilən və ən çox dəyişdirilən adların statistikası aparılmır”, - deyə rəsmi cavabda bildirilib.
 
Əlavə edilib ki, Balabəyim, Durna, Fəlakət, Xaccey, Xaxanım, Küsgün, Ləbxanə, Osandıq, Saatxanım, Samovar kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib.






Redaktorun seçimi