Marsol Group və Avrora Qrup: - Yeni əməkdaşlıq imkanlarına doğru

Hit: 387
Marsol Group və Avrora Qrup: - Yeni əməkdaşlıq imkanlarına doğru
Marsol Group və Avrora Qrup arasında görüş keçirilib.
 
FaktorNews xəbər verir ki, bu barədə "Marsol Group"un təsisçisi Tural Mustafayev məlumat paylaşıb:
 
"Bu gün partnyorumuz, Avrora Qrupun rəhbəri Ceyhun Abbasov ilə məhsuldar görüşümüz baş tutdu.
Görüş zamanı Marsol Group-un fəaliyyəti və sahibkarlığın inkişafına yönəlmiş layihələri haqqında məlumat verdik. Ceyhun bəy isə Avrora Qrupun fəaliyyəti, inkişaf yolu və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat paylaşdı. Faydalı fikir mübadiləsi şəraitində keçən görüşdə qarşılıqlı əməkdaşlıq imkanlarını da müzakirə etdik". 






Redaktorun seçimi