Qanunsuz tikintilərlə bağlı növbəti iclas keçirilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısının alınması məqsədilə fəaliyyət göstərən Komissiyanın növbəti iclası keçirilib.
İclasda qanunsuz tikintilərin şəhərsalma normalarının pozulmasına, təhlükəsizlik risklərinin artmasına və rayonun memarlıq simasına mənfi təsir göstərdiyi vurğulanıb. Bu halların qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirilməsinin, aidiyyəti qurumlar arasında koordinasiyalı fəaliyyətin təmin edilməsinin və vətəndaşların maarifləndirilməsinin vacibliyi qeyd edilib.
Komissiya tərəfindən aşkar edilmiş qanunsuz tikililərlə bağlı qanunvericiliyin tələblərinə uyğun operativ tədbirlərin görülməsi, monitorinqlərin davamlı aparılması və tikinti fəaliyyətinin yalnız müvafiq icazə sənədləri əsasında həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
İclasın yekununda qanunsuz tikinti hallarının qarşısının alınması istiqamətində nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, profilaktik tədbirlərin davam etdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.



































































