Tanınmış iş adamı Ceyhun Abbasovun doğum günüdür

Hit: 426
Tanınmış iş adamı Ceyhun Abbasovun doğum günüdür
Bu gün Azərbaycanın tanınmış iş adamı Ceyhun Abbasovun doğum gündür.
 
Faktor.az xatırladır ki, Ceyhun Abbasov 1972-ci il iyulun 4-də Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Unus kəndində anadan olub.
 
Orta təhsilini Unus kəndində başa vurub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin "Mühəndis-elektronik-konstruktor" ixtisasını fərqlənmə diplomu ilə bitirib. Avropa, ABŞ, Böyük Britaniya, Mərakeş və digər ölkələrdə biznes görüşləri, konfrans və seminarlarda iştirak edib.
 
Ceyhun Abbasov 1992-ci ildən etibarən bizneslə məşğuldur.
 
Hazırda fəaliyyətini qurucusu və rəhbəri olduğu "Avrora Qrup"un prezidenti kimi davam etdirir.
 
Şirkət distribütor, istehsalat, pərakəndə və digər sahələrdə fəaliyyət göstərir.






Redaktorun seçimi