Ordubadda yaşıllıq sahələrinin qorunması və bərpası diqqət mərkəzindədir - FOTOLAR
Ordubad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ekoloji mühitin qorunması və mövcud yaşıllıq sahələrinin saxlanılması məqsədilə növbəti abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib. 04 iyul 2026-cı il tarixində təşkil olunan aksiyada idarə, müəssisə və təşkilat kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Ordubad–Naxçıvan magistral yolunun kənarlarında və rayonun digər ərazilərində mövcud olan yaşıllıq sahələrindəki ağaclara, həmçinin çoxillik gül kollarına aqrotexniki qulluq göstərilib, otlar biçilib, ərazi tullantılardan təmizlənib və suvarma işləri həyata keçirilib. Görülən işlər zamanı iştirakçılar tərəfindən yüksək fəallıq nümayiş etdirilib.
Bu istiqamətdə tədbirlərin davamlı şəkildə aparılması ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və gələcək nəsillərə sağlam təbii irsin ötürülməsinə töhfə vermək məqsədi daşıyır.




































































