“Azercell” və “Aztelekom”un departamentləri birləşdirilib

Hit: 740
“Azercell” və “Aztelekom”un departamentləri birləşdirilib
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) şirkətlərindən olan “Aztelekom” MMC və “Azercell” MMC arasında departamentlərin inteqrasiyası həyata keçirilir.
 
Plat.az-ın əldə etdiyi məlumata görə, “Aztelekom”un Hüquq və Komplayens Departamenti “Azercell”in Hüquq məsələləri şöbəsi ilə vahid idarəetmə altında birləşdirilib. Eyni zamanda, “Aztelekom”un Müştəri xidmətləri departamenti “Azercell”in Müştəri xidmətləri və omni-kanal idarəetmə departamenti ilə birləşdirilib.
 
Vahid hüquq istiqamətinə Rəşad Xıdırov, müştəri xidmətləri istiqamətinə isə Faiq Dadaşov rəhbərlik edir.
 
R.Xıdırov bu vaxta qədər “Azercell”in Hüquq şöbəsinin rəhbəri, F.Dadaşov isə “Azercell”də Müştəri xidmətləri və omni-kanal idarəetmə departamentinin direktoru olub.






Redaktorun seçimi