Marsol Group partnyorları ilə növbəti dəfə işgüzar görüş keçirilib
İyulun 2-də partnyorlar arasında yeni əməkdaşlıqların qurulması və şirkətlərin fəaliyyətlərinin tanıdılması məqsədilə baş tutan görüşdə məhsuldar müzakirələr aparılıb.
Hər bir şirkət öz fəaliyyət sahələri, xidmətləri və məhsulları haqqında ətraflı təqdimat edib. Sahibkarlar biznes istiqamətləri barədə məlumat paylaşaraq, qarşılıqlı əməkdaşlıq üçün imkanları müzakirə ediblər.
Görüşdə "ABC Telecom" şirkətinin Satınalma şöbəsinin rəhbəri Sevinc Abbasova şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib.
Qeyd edək ki, "ABC-Telecom" MMC 2006-cı ildə təsis edilmiş Azərbaycanın aparıcı şirkətlərindən biridir. Ölkənin ən məşhur pərakəndə satış şəbəkələrindən biri olan Kontakt Home əmtəə nişanı məhz bu şirkətə daxildir.






































































