Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib

Hit: 163
Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib
Qəbul zamanı sahibkarların biznesin qurulması və inkişaf etdirilməsi, eləcə də qarşılaşdıqları məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb.
 
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların onlayn qəbulu keçirilib.
 
Agentliyin İdarə Heyəti sədrinin müavini Emil Hüseynlinin iştirakı ilə təşkil olunmuş qəbulda fındıq istehsalı, arıçılıq, süd məhsullarının istehsalı, toxuculuq və digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların biznesin qurulması və inkişaf etdirilməsi, eləcə də müvafiq sektorlarda qarşılaşdıqları məsələlərə dair müraciətləri dinlənilib, sualları cavablandırılıb.
 
Həmçinin qəbul zamanı sahibkarlar dövlətin dəstək alətləri, o cümlədən maliyyə dəstəyi mexanizmləri, regionda istehsal olunan məhsulların bazarlara çıxışına dəstək, sərgilərdə iştirak və digər imkanlar barədə məlumatlandırılıblar.






Redaktorun seçimi