"Sənətim" İnkişaf Proqramı təşkil olunub

Hit: 165
"Sənətim" İnkişaf Proqramı təşkil olunub
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində Qəbələ, Quba, Qusar və Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzlərinin 110 tələbəsi üçün "Sənətim" İnkişaf Proqramı təşkil olunub.
 
Proqram çərçivəsində iştirakçılar müxtəlif peşə istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə qatılaraq gözəllik sənayesi, toxuculuq və dizayn, tikiş texnologiyaları, biznes və maliyyə savadlılığı, avtomobil diaqnostikası, qastronomiya, nitq bacarıqları və digər sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdiriblər.
 
Təlimlərlə yanaşı, proqram müddətində komanda oyunları, intellektual yarışlar və təqdimat sessiyaları keçirilib. Bağlanış mərasimində bütün iştirakçılar sertifikatlarla təltif olunub, ümumi nəticələrə əsasən isə "Təməl" komandası qalib elan edilərək mükafatlandırılıb.






Redaktorun seçimi