ASCO-da süni intellekt mövzusunda infosessiya keçirilib

Hit: 174
ASCO-da süni intellekt mövzusunda infosessiya keçirilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) süni intellekt mövzusunda xüsusi infosessiya təşkil olunub.
 
İki hissədən ibarət sessiya beynəlxalq konsaltinq şirkəti olan Deloitte tərəfindən keçirilib.
 
İlk hissədə süni intellekt sahəsində qlobal inkişaf tendensiyaları, süni intellektin idarəetmə modelləri, eləcə də tətbiq imkanları ilə bağlı təqdimatlar edilib. Həmçinin sessiya çərçivəsində əməliyyatların optimallaşdırılması, qərarvermə proseslərinin təkmilləşdirilməsi, məlumat əsaslı idarəetmə, AI təşəbbüslərinin prioritetləşdirilməsi və təşkilatın gələcək transformasiya istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
 
Sessiyanın ikinci hissəsi interaktiv formatda təşkil olunub. ASCO-nun müxtəlif struktur bölmələrini təmsil edən əməkdaşlardan ibarət komandalar formalaşdırılıb və onlara süni intellekt texnologiyalarının şirkətin fəaliyyət istiqamətlərində tətbiqinə dair praktiki tapşırıqlar təqdim olunub. Komandalar tapşırıqlar əsasında müzakirələr aparıb, mümkün yanaşmaları təqdim ediblər.
 
Tədbirin əsas məqsədi ASCO-da süni intellekt sahəsində strateji baxışın müəyyənləşdirilməsinə, əməkdaşların bu istiqamətdə bilik və bacarıqlarının artırılmasına töhfə verəcək təşəbbüslərin formalaşdırılması olub.






Redaktorun seçimi