Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib

Hit: 191
Təbii inhisar subyektlərinin nümayəndələri üçün maarifləndirici seminar keçirilib
Tədbirdə təbii inhisar subyektlərinin fəaliyyətinə dair Rəqabət Məcəlləsində nəzərdə tutulmuş tələblər, habelə bu sahədə dövlət tənzimləmə mexanizmləri barədə məlumat verilib.
 
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində təbii qaz, elektrik və istilik enerjisi, su təchizatı, nəqliyyat (dəmir yolu, hava nəqliyyatı, metropoliten) və telekommunikasiya sahələrində təbii inhisar subyektləri nümayəndələri üçün növbəti maarifləndirici seminar keçirilib.
 
Tədbir çərçivəsində Agentliyin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin əməkdaşı Məhəmməd Məmmədzadə “Təbii inhisar subyektlərinə qadağan edilmiş hərəkətlər” mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı təbii inhisar subyektləri sahəsində razılıq tələb olunan hərəkətlər, qanunvericiliklə qadağan edilmiş davranışlar, dövlət nəzarəti tədbirləri, rəqabət komissiyası tərəfindən işlərə baxılması qaydası, habelə rəqabət qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri barədə ətraflı məlumat verilib.
 
Seminarda həmçinin rəqabət qanunvericiliyinin təbii inhisar subyektlərinə münasibətdə tətbiqinə dair məsələlər praktiki nümunələr əsasında izah olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi