“Əmək yarmarkası” keçirilib
Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyi Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə “Əmək Yarmarkası” keçirilib.
Göygöl rayon Gənclər Evində keçirilən tədbirdə RİH-nın Birinci müavini Namiq Cəfərov, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının məsul əməkdaşları, işəgötürənlər və işaxtaranlar iştirak ediblər.
Çıxış edənlər əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması və bu vasitə ilə də işə düzəlmələrinə köməklik məqsədilə həyata keçirildiyini vurğulayaraq vətəndaşların həm karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə etmək, həm də aktiv məşğulluq tədbirlərinə müraciət etmək şansı yaratdığını bildiriblər.
İşəgötürənlər tərəfindən müxtəlif sahələr üzrə fəaliyyət göstərən 15 müəssisə tərəfindən 105 vakansiya təqdim olunub. Vakansiyalar üzrə tələblər işsiz və işaxtaran şəxslərin diqqətinə çatdırılıb, müraciət edənlərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.







































































