MTK-lar görün bizi necə aldadırlar - DİQQƏTLİ OLUN!
İllərdir yeni tikililərdən mənzil alarkən ən çox üzləşdiyimiz problemlərdən biri mənzilin sahəsinin qanunda nəzərdə tutulandan çox hesablanmasıdır. Müqavilədə göstərilən rəqəmlərlə çıxarışda göstərilən rəqəmlər eyni olmur.
Məsələn, vətəndaş yeni tikilidən mənzil alarkən 100 kvadrat metrin pulunu MTK-ya ödəyir.
Çıxarış aldıqda isə sənəddə qanuni şəkildə 85 kvadratmetr qeyd olunur.
Belə vəziyyətdə isə həm qanun pozulur, həm də vətəndaşlar ciddi məbləğdə maddi vəsait itirirlər.
Vətəndaş gələcəkdə həmin mənzili satarkən məcbur çıxarışa uyğun 85 kvadratmetrə görə satır.
Mütəxəssislər deyirlər ki, sözügdən problemin əsas yaranma səbəbi vahid standartın olmamasıdır.
Vətəndaşın MTK ilə bağlanan müqavilədə mənzil sahəsi olduğundan çox göstərilibsə, yəni əslində hər kvadrat metrə görə ödənilən pul müqabilində mənzil təqdim edilmirsə, aidiyyəti qurumlara müraciət edilməlidir.
Qanunvericiliyin tələbinə görə, mənzilin kvadratı hesablandıqda içəridən hesablanmalıdır və plintus nəzərə alınmamalıdır. Divar arakəsmələri yaşayış sahəsi hesab edilmir. Bundan əlavə balkonlar, terraslar kvadrata hesablanan zaman həmin ərazinin cəmi 30 faizi, şüşəbəndlərin, lojaların isə cəmi 50 faizi kvadrata daxil edilməlidir.
Amma MTK-lar mənzilin sahəsini çöldən hesablayırlar, divar arakəsmələrini də kvadrata əlavə edirlər. Bunun üçün də 120 kvm-lik mənziliniz üçün çıxarış aldıqda, sənədləşdirdikdə görürsünüz ki, əslində mənzil 100 kvm-dir. Bu zaman nə qədər pul itirdiyinizi alnayırsınız. Çünki siz hər kvadrat metr üçün pul ödəmisiniz”.
Belə hallarla rastlaşan zaman vətəndaş həmin kvadrata ödədiyi pula görə məhkəməyə müraciət etməlidir.




































































