Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd ediblər

Hit: 165
Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd ediblər
25 iyun – “Dənizçi günü” peşə bayramı münasibətilə Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) kollektivi Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.
 
Dənizçilər görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıblar. 
 
Ziyarətçilər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının, o cümlədən I Qarabağ müharibəsində şəhid olan dənizçilərin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.
 
Qeyd edək ki, ölkəmizdə “Dənizçi günü” peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis olunub.
 
Hazırda Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. 
 
Onlar həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayır, həmçinin Xəzərdən kənar sularda ölkəmizi qürurla təmsil edirlər. 






Redaktorun seçimi