Aşura günündə Gəncədə könüllü qanvermə aksiyası keçirilib

Hit: 185
Aşura günündə Gəncədə könüllü qanvermə aksiyası keçirilib
Aşura günü ilə əlaqədar olaraq,  Gəncədə yerləşən "İmamzadə' dini ziyarətgah kompleksində könüllü qanvermə aksiyası keçirilib. 
Səhər saatlarından başlayan aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, DQİDK Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov,  Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Aksiya zamanı donorların sağlamlıq vəziyyəti həkim-hematoloqlar tərəfindən əvvəlcədən yoxlanılıb. Tibbi müayinədən keçən şəxslərdən qan götürülüb və toplanan qan ehtiyatının talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.
 
Qeyd edilib ki, qanvermə aksiyası gün ərzində  davam edəcək. Həmçinin qan vermək istəyən vətəndaşlar növbəti 40 gün ərzində Respublika Qan Bankının Gəncə bölməsinə müraciət edə bilərlər.






Redaktorun seçimi