”Yango Ride”, “Bravo”, “Crescent Mall” və “Dəniz Mall” Bakıda xüsusi minib-düşmə zonalarını istifadəyə verib - FOTOLAR
Azərbaycan paytaxtının ən iri ticarət obyektlərinin ərazisində “Yango Ride” sərnişinlərin minib-düşməsi üçün xüsusi ayrılmış zonaları yaradılıb. Yeni infrastruktur “Bravo” hipermarketlər şəbəkəsi, eləcə də “Crescent Mall” və “Dəniz Mall” ticarət-əyləncə mərkəzləri ilə tərəfdaşlıq çərçivəsində qurulub.
Layihə Bakı şəhər logistikasının əsas problemlərindən birini – iri ticarət obyektlərinin girişlərində nəqliyyat vasitələrinin nizamsız park edilməsini həll edir. Bu problemlər isə tıxaclar yaradır, qəza riskini artırır və sərnişinlərin gözləmə müddətini uzadır.
Şəhərin əsas məkanlarının yerüstü və yeraltı parkinqləri artıq “Yango” naviqasiyası ilə təchiz olunub: genişformatlı məlumat tabloları, istiqamətləndirici lövhələr və parklanma yerlərində nişanlar quraşdırılıb. Yeni minib-düşmə zonaları aşağıdakı məkanlarda yaradılıb:
● “Bravo” hipermarketlər şəbəkəsi — “20 Yanvar” və “Koroğlu” metro stansiyalarının yaxınlığında yerləşən hipermarketlərin giriş hissələrində, eləcə də Babək prospektində.
● “Crescent Mall” — istənilən hava şəraitində rahat minib-düşmə imkanı yaradan xüsusi ayrılmış yerlər və yeraltı parkinqdə naviqasiya sistemi.
● “Dəniz Mall” — bitişik ərazidə aydın şəkildə zonalara ayrılmış yenilənmiş minib-düşmə nöqtələri.
Artıq sərnişinlərin nəqliyyat axınında avtomobili axtarmalarına və ya görüş yerini çat və ya telefon zəngi vasitəsilə razılaşdırmalarına ehtiyac qalmır, belə ki, naviqasiya sistemi intuitiv və anlaşıqlıdır. Tərəfdaş sürücülər üçün isə bunlar digər hərəkət iştirakçılarına maneə yaratmadan müştərini gözləməyə imkan verən qanuni və rahat gözləmə yerləridir. Bu zonaların istifadəyə verilməsi həmçinin ticarət mərkəzlərinə gələn ziyarətçilərin axınının maksimum olduğu pik saatlarda və həftəsonları Bakının nəqliyyat qovşaqlarına düşən yükü azaltmalıdır.
“Yango” şirkətindən bildirirlər ki, bu cür zonaların yaradılması paytaxtın digər sosial əhəmiyyətli obyektlərində də davam etdiriləcək.
“Bakı özünəməxsus nəqliyyat xüsusiyyətlərinə malik dinamik inkişaf edən meqapolisdir. Bizim üçün təkcə səfərlərin sifarişi üçün texnologiyalar təqdim etmək deyil, həm də keyfiyyətli şəhər mühitinin formalaşdırılmasında iştirak etmək vacibdir. Tərəfdaşlarımızın ərazilərində yaradılan xüsusi ayrılmış minib-düşmə zonaları həm sərnişinlər, həm də sürücülərin rahatçılığı üçün doğru atılmış addımdır: birincilərin nəqliyyat axınında avtomobil axtarmalarına ehtiyac qalmır, ikincilər isə müştərini gözləmək üçün qaydaları pozmalı olmurlar”, – deyə “Yango Azerbaijan”ın rəhbəri Müşviq Həsənov bildirib.
“Yango Group” haqqında
“Yango Group” dünyanın müxtəlif ölkələrində qabaqcıl texnologiyaları yerli icmaların tələbatlarına uyğunlaşdıran beynəlxalq texnologiya şirkətidir. Şirkət mobillik, çatdırılma, “foodtech”, əyləncə və digər rəqəmsal xidmətləri Afrika, Latın Amerikası, Avropa, Yaxın Şərq, Cənubi Asiya və digər regionların 35-dən çox ölkəsində inkişaf etdirir.


































































