Yevlaxda 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilib

Hit: 175
Yevlaxda 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Yevlax Şəhər  İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsininin rəisi Azad Gözəlov Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, rayonun müxtəlif dövlət qurumlarında çalışan dövlət qulluqçuları, təqaüddə olan dövlət qulluqçuları iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İcra Hakimiyyətinin Başçısı Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Ulu Öndərin rəhbərliyi ilə aparılan köklü islahatlar nəticəsində 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş və bununla da sahənin vahid hüquqi bazası yaradılmışdı. Bu qanunvericilik aktı dövlət qulluqçularının cəmiyyətdəki statusunu, onların hüquq və vəzifələrini tam rəsmiləşdirmiş, dövlət qulluğunda bacarıq və xidməti fərqlənmə prinsiplərini ön plana çıxarmışdı. Ötən dövr ərzində bu qanun mütəmadi olaraq təkmilləşdirilib, edilən mütərəqqi dəyişikliklərlə təkmil hüquqi akt səviyyəsinə çatdırılıb. 
 
Ulu Öndər Heydər Əliyev dövlət qulluğu sisteminin hüquqi təməllərini qoymaqla yanaşı, dövlət qulluqçusunun mənəvi simasını və xalq qarşısındakı məsuliyyətini də hər zaman ön plana çəkir, hər bir məmurun fəaliyyətində dürüstlük, peşəkarlıq və dövlətçilik prinsiplərini əsas meyar hesab edirdi.
 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət qulluğu sisteminin davamlı olaraq təkmilləşdirildiyini, bu sahədə həyata keçirilən islahatların səmərəli və şəffaf idarəetmənin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Qeyd edib ki, Möhtərəm Prezidentin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı günü təsis olunması dövlət qulluqçularına olan diqqət və qayğının bariz nümunəsidir. 
 
Tədbirdə çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsininin rəisi Azad Gözəlov, təqaüddə olan dövlət qulluqçuları Vahid Quliyev, Hümbət Əhmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, dövlət qulluğunun ölkənin inkişafında və dövlət idarəçiliyinin təkmilləşdirilməsində mühüm rol oynadığını vurğulayıb, qanunçuluğun təmin edilməsində, dövlətçiliyin möhkəmləndirilməsində, vətəndaşlara layiqli xidmət göstərilməsində peşəkarlıq, vətənpərvərlik və yüksək məsuliyyət hissinin vacibliyini qeyd edərək, dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Daha sonra 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. 






Redaktorun seçimi