Samir Ağabalayevə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Rasim oğlu Ağabalayevə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib.
Sözügedən ixtisas dərəcəsi dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxslərə verilən xüsusi dövlət statuslarından biridir.





































































