4 ölkədən türkman QHT-ləri Naxçıvandadır

Hit: 165
4 ölkədən türkman QHT-ləri Naxçıvandadır
II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu iştirakçılarının Azərbaycana səfəri başlayıb. Heyətə İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçisi daxildir. Bu gün türkmanlar Naxçıvana səfər edib. 
 
Heyət “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Möminə Xatun türbəsi, Xan Sarayı, Nuhun türbəsi ilə tanış olub, onların bu yerlər barədə sualları cavablandırılıb.
2026-cı il iyunun 23-də Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirədə də təşkil olunacaq. 
 
Qeyd edək ki, 2026-cı il iyunun 25-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu keçiriləcək.






Redaktorun seçimi