Türkmənistan Gömrük Xidmətinin sədri ilə görüş keçirilib

Hit: 174
Türkmənistan Gömrük Xidmətinin sədri ilə görüş keçirilib
İyunun 22-də Dövlət Gömrük Komitəsində Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev ilə görüş keçirilib.
 
Görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı əlaqələrdən məmnunluqla bəhs edilib, əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
 
Eyni zamanda hər iki ölkənin gömrük xidmətlərinin əldə etdiyi qabaqcıl təcrübələr barədə məlumat verilib, informasiya texnologiyaları, gömrük statistikası, risklərin idarə olunması, dəniz limanlarında gömrük işinin təşkili və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə olunub.






Redaktorun seçimi