109 mindən çox müraciət daxil olub
2025-2026-cı tədris ili ərzində BŞTİ-yə 109 878 müraciət daxil olub.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.
Statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 63 754 zəng daxil olub.
BŞTİ-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 2 730 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb.
Həmçinin Vətəndaşların Qəbulu Mərkəzinə 18 377 müraciət daxil olub.
İl ərzində BŞTİ-yə 25 017 sənəd (vətəndaşlar tərəfindən 6 141 ərizə, 4 013 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 3 956, digər qurumlardan 2 782, tabelikdə olan təhsil müəssisələrindən 5 153 məktub və 2 972 kadr ərizəsi) daxil olub.




































































