“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir

Hit: 158
“26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı tədbir
Azərbaycan Respublikası Nazirlər Kabineti aparatının rəhbəri, cənab Rüfət Məmmədovun müvafiq göstərişinə əsasən Hacıqabul rayonunda “26 iyun – Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və aidiyyəti qurumların iştirakı ilə əhalinin maarifləndirilməsi məqsədi ilə tədbir keçirildi.
 
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etdi.
 
Komissiya üzvləri tərəfindən narkomaniya, onun doğurduğu fəsadlar, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar, mövcud problemlər və onların aradan qaldırılması yolları və digər məsələlər müzakirə olundu.
 
Tədbirdə Rayon İcra Hakimiyyətinin Hüquq və kadr məsələləri sektorunun müdiri Zaur Şirəliyev, rayon Gənclər və İdman sektorunun müdiri Xalid Rəcəbli və Hacıqabul şəhər 9 saylı tam orta məktəbin psixoloqu Nargilə Pəncəliyeva çıxışlar edərək Narkomanlığa və narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aparılması, Narkomaniyanın törətdiyi fəsadlar və onların aradan qaldırılması barədə hazırkı vəziyyət və görüləcək işlər barədə ətraflı məlumatlar verdilər. 






Redaktorun seçimi