AzTU-nun kafedra müdiri uzunsürən xəstəlikdən sonra vəfat edib

Hit: 171
AzTU-nun kafedra müdiri uzunsürən xəstəlikdən sonra vəfat edib
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının müdiri, texnika elmləri doktoru, professor Ələkbər Hüseynov uzunsürən xəstəlikdən sonra vəfat edib.
 
Ələkbər Hüseynov Moskva Dövlət Aqrar Mühəndislər Universitetinin mühəndis-pedaqoq ixtisasını fərqlənmə ilə bitirib.
 
Uzun illər AzTU-da fəaliyyət göstərən Ələkbər Hüseynov Xüsusi texnologiyalar və avadanlıqlar kafedrasının rəhbəri kimi müdafiə sənayesi üçün yüzlərlə mütəxəssisin hazırlanmasına, elmi-pedaqoji potensialın gücləndirilməsinə mühüm töhfələr verib.
 
Təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 
 
Yüzlərlə məqalə, 10-a yaxın dərslik və 7 ixtiranın müəllifi olub. 
 
AzTU-nun rəhbərliyi və kollektivi Ələkbər Hüseynovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
 
Allah rəhmət eləsin!






Redaktorun seçimi