“İnnovasiyalar Mərkəzi” ilə Xəzər Universiteti arasında görüş keçirilib
“İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmovla Xəzər Universitetinin rektoru Razia İsaeva arasında keçirilən görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı mərkəzin fəaliyyət istiqamətləri, texnologiya və innovasiya sahəsində həyata keçirilən təşəbbüslər, eləcə də ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən layihələr barədə məlumat verib.
Tərəflər innovasiya, süni intellekt, startap ekosistemi, təhsil və insan kapitalının inkişafı istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin birgə tədbir və layihələrin təşkili, tədqiqat fəaliyyətinin təşviqi, tələbə və mütəxəssislər üçün innovasiya yönümlü proqramların həyata keçirilməsi, bilik və təcrübə mübadiləsinin genişləndirilməsi imkanları nəzərdən keçirilib.







































































