Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb

Hit: 168
Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28 faiz artıb
Cari ilin yanvar-may aylarında neft-qaz sektoruna 2 milyard 551,9 milyon manatlıq vəsait yönəldilib.
 
Dövlət Statistika Komitəsindən Faktor.az-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 28,4 faiz artıb.
 
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 958,8 milyon manat səviyyəsində olub.






Redaktorun seçimi