Biznes subyektləri üçün növbəti təlim keçirilib

Hit: 176
Biznes subyektləri üçün növbəti təlim keçirilib
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi tərəfindən biznes subyektləri üçün növbəti təlim keçirilib.
 
Təlim Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən sorğuların nəticəsinə əsasən sahibkarların gömrük məsələləri üzrə rəy və təkliflərinə müvafiq olaraq təşkil edilib.
 
Tədbirdə Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən islahatlar, rəqəmsal transformasiya, Etibarlı Tərəfdaş Konsepsiyası, gömrük qanunvericiliyində yeniliklər, eləcə də gömrük orqanları ilə biznes subyektləri arasında işgüzar əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
 
Daha sonra gömrük əməkdaşları tərəfindən “Xüsusi gömrük prosedurlarının tətbiq dairəsi və əməliyyat ardıcıllığı” mövzusunda təqdimat nümayiş etdirilib.
 
Yekunda sahibkarları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onların rəy və təklifləri dinlənilib, praktiki izahlar təqdim olunub və suallar cavablandırılıb.






Redaktorun seçimi