AzTU əməkdaşları və tələbələri “Radioquraşdırma Zavodu” MMC-yə səfər edib

Hit: 181
AzTU əməkdaşları və tələbələri “Radioquraşdırma Zavodu” MMC-yə səfər edib
Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları və Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri “Radioquraşdırma Zavodu” MMC-yə səfər ediblər.
 
Zavodun direktoru Samir İbrahimov müəssisənin fəaliyyəti, istehsal imkanları və əsas iş istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib. Səfər çərçivəsində tələbələr zavodun müxtəlif istehsalat sahələri ilə tanış olub. Burada həyata keçirilən proseslər, tətbiq olunan müasir texnologiyalar və istehsal mühiti tələbələrə ətraflı izah olunub.
 
Səfər çərçivəsində keçirilən görüşdə zavodun direktoru Samir İbrahimov müəssisənin gələcək inkişaf perspektivləri barədə məlumat verib, həmçinin AzTU ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.






Redaktorun seçimi