Biləsuvarda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Hit: 162
Biləsuvarda 15 İyun- Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun-Milli Qurtuluş Günü ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar Rayon Təşkliatının sədri Kamil Qurbanlı, hüquq- mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, ‘razi icra nümayəndələri, bələdiyyələr və rayon içtimayyətinin nümayəndələri Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
 
Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq və hər zaman dərin ehtiramla yad ediləcəkdir.






Redaktorun seçimi