“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır

Hit: 269
“AmCham”: Məqsədimiz dövlət və özəl sektor arasında səmərəli əməkdaşlıq imkanlarının yaradılmasıdır
Qlobal miqyasda sürətli dəyişikliklərin baş verdiyi, geosiyasi və iqtisadi çağırışların artdığı bir dövrdə biznesin dayanıqlılığının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir şəraitdə biznes ictimaiyyəti üçün yalnız yeni texnologiyaların tətbiqi deyil, həm də səmərəli biznes modellərinin formalaşdırılması, yaranan çağırışlara çevik reaksiya verilməsi və uzunmüddətli dəyərin yaradılması vacibdir.
 
AZƏRTAC xəbər verir ki, bu fikirləri “AmCham Azərbaycan”ın prezidenti Dayanat Sadullayev “TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” konfransında çıxışı zamanı deyib.
 
O bildirib ki, dövlət və özəl sektor arasında dialoqun təşviqi, təcrübə mübadiləsinin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsi üçün belə platformalar mühüm rol oynayır.
 
“AmCham”ın əsas məqsədlərindən biri məhz ictimai və özəl sektorlar arasında səmərəli kommunikasiya və əməkdaşlıq imkanlarının yaradılmasıdır və bu istiqamətdə təşkilatın fəaliyyəti davam edir. “AmCham Azərbaycan”ın PMI ilə əməkdaşlığı biznes ictimaiyyəti ilə dövlət qurumları arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verir. Son aylarda “AmCham” tərəfindən təşkil olunan çoxsaylı tədbirlər müxtəlif tərəflər arasında əməkdaşlığın genişlənməsinə və təcrübə paylaşımına xidmət edir”, - deyə Dayanat Sadullayev vurğulayıb.






Redaktorun seçimi