“Karyera Kompası” proqramının ikinci günü keçirilib
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində keçirilən “Karyera Kompası: Özünü Tanı, İxtisasını Seç, Gələcəyini Qur” adlı 3 günlük maarifləndirici proqramın ikinci təlim günü uğurla baş tutub.
Təlimin ikinci günündə “İxtisas və Karyera Seçimi” mövzusu ətrafında şagirdlərlə geniş müzakirələr aparılıb. Təlimçi Könül Cəfərova tərəfindən keçirilən təlim zamanı ixtisas seçiminə təsir edən əsas amillər, müasir əmək bazarının tələbləri, gələcəyin peşələri və şəxsi maraq və bacarıqlara uyğun karyera istiqamətlərinin müəyyənləşdirilməsi mövzularında iştirakçılara ətraflı məlumat verilib.
İnteraktiv müzakirələr, praktik tapşırıqlar və qrup fəaliyyətləri vasitəsilə şagirdlər gələcək peşə seçimində diqqət edilməli məqamlarla tanış olub, öz karyera hədəflərini daha dəqiq müəyyənləşdirmək üçün faydalı bilik və bacarıqlar əldə ediblər.
Qeyd edək ki, “Karyera Kompası” proqramının növbəti və sonuncu təlim günündə iştirakçılar “LinkedIn və Şəxsi Brendin Qurulması” mövzusunda təlimdə iştirak edəcək, rəqəmsal dünyada peşəkar imicin formalaşdırılması və şəbəkələşmə bacarıqları barədə məlumat əldə edəcəklər.





































































