Gömrük əməkdaşları üçün insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib
Dövlət Gömrük Komitəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində insan alverinə qarşı mübarizə mövzusunda təlim keçirilib.
Təlim çərçivəsində insan alveri və məcburi əmək cinayətlərinin aşkarlanması, potensial qurbanların müəyyən edilməsi, zərərçəkmiş şəxslərlə etik və həssas davranış prinsipləri, aidiyyəti qurumlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, həmçinin profilaktik tədbirlərin effektiv təşkili istiqamətində təqdimatlar edilib.
Həmçinin insan alveri qurbanlarına göstərilən sosial xidmətlər, onların reabilitasiyası və reinteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.








































































