QHT Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur - FOTOLAR

Hit: 281
QHT Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur - FOTOLAR
2026-cı il iyunun 4-də İstanbulda Sıfır Tullantı Festivalı öz işinə başlayıb.
 
Azərbaycan Respublikasının QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və Agentliyin Departament rəhbəri Fuad Rzazadə Forumun açılış mərasimində iştirak ediblər. Heyət "Sıfır Tullantı – qlobal məsuliyyət kimi", “Siyasətdən icraya: yerli idarəetmə orqanları üçün fəaliyyət bələdçisi” adlı müzakirələrə də qatılıb, Azərbaycan pavilyonunu da ziyarət olunub.
 
İyunun 7-dək davam edən festival müddətində istifadə olunacaq elektrik enerjisi tamamilə bərpaolunan enerji mənbələrindən təmin ediləcək və bunun beynəlxalq standartlara uyğun sertifikatlarla təsdiqlənəcəyi bildirilir. Bu xüsusiyyəti ilə tədbir dünyanın bərpaolunan enerji mənbələri sertifikatına malik ilk festivalı olmaq xüsusiyyəti daşıyacaq.
 
Qeyd edək ki, forum bu ilin 9-20 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək COP31 çərçivəsində keçirilir.
1
1
1
1
1
1
1






Redaktorun seçimi