Ordubadda taxıl biçininə start verildi - FOTOLAR

Hit: 392
Ordubadda taxıl biçininə start verildi - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında taxıl biçininə start verilib.
 
İlk biçin işləri Ordubad rayonunun Dəstə kəndində aparılır. Kənd təsərrüfatı istehsalçıları biçinə müasir kombaynlar cəlb etməklə məhsulun itkisiz və qısa müddətdə yığılmasını təmin etməyə çalışırlar.
 
Hazırda biçin aparılan sahədə məhsuldarlıq hər hektardan orta hesabla 30 sentner təşkil edir. Mütəxəssislərin hesablamalarına görə, mövsüm ərzində muxtar respublika üzrə taxıl sahələrində orta məhsuldarlığın 32-35 sentner/hektar səviyyəsində olması gözlənilir.
 
Qeyd edək ki, ötən il Naxçıvan Muxtar Respublikasında taxıl üzrə orta məhsuldarlıq 25,1 sentner/hektar olmuşdu. Bu il əlverişli hava şəraiti və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi nəticəsində məhsuldarlığın daha yüksək olacağı proqnozlaşdırılır.
 
Taxıl biçininin növbəti günlərdə digər rayonlarda da geniş vüsət alacağı gözlənilir. Məqsəd yetişdirilən məhsulun vaxtında yığılaraq ərzaq təhlükəsizliyinə töhfə verməsidir.
1
1
1
1
1
1
1
1
1
1
1






Redaktorun seçimi