ADNSU-da “Əqli mülkiyyət” mövzusunda maarifləndirici təlim keçirilib

Hit: 166
ADNSU-da “Əqli mülkiyyət” mövzusunda maarifləndirici təlim keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Əqli mülkiyyət” mövzusunda maarifləndirici təlim təşkil olunub.
 
Təlimdə ADNSU-nun Startap və Texnologiya Transfer Ofisinin rəhbəri Əhməd Əhmədzadə universitetdə formalaşdırılan startup ekosistemi, həyata keçirilən inkubasiya proqramları, tələbələrin komandalaşaraq təqdim etdikləri startup layihələri və innovasiya yönümlü fəaliyyətlər barədə iştirakçılara ətraflı məlumat verib. O, universitetdə innovativ ideyaların dəstəklənməsi, gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması və texnologiya transferi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
 
Daha sonra təlim ADNSU-nun Startap və Texnologiya Transfer Ofisinin aparıcı mütəxəssisi Mehriban Mircəfərova tərəfindən davam etdirilib. Təlim zamanı iştirakçılara əqli mülkiyyət hüquqları, müəllif hüquqları, patent sistemi, innovativ ideyaların qorunması və bu sahədə mövcud hüquqi mexanizmlər haqqında geniş məlumat təqdim olunub.
 
İnteraktiv formada keçirilən təlim çərçivəsində iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və praktiki nümunələr üzərindən müzakirələr həyata keçirilib.






Redaktorun seçimi