Azərbaycan və BƏƏ gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib

Hit: 152
Azərbaycan və BƏƏ gömrük xidmətlərinin nümayəndələri arasında görüş keçirilib
Dövlət Gömrük Komitəsinin və Birləşmiş Ərəb Əmirliklərinin gömrük xidmətinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
 
Görüş kinoloji sahədə qabaqcıl təcrübələrin öyrənilməsi və mübadiləsi məqsədilə təşkil olunub.
 
Görüşdə hər iki ölkənin gömrük xidmətlərinin mütəxəssisləri kinoloji xidmət itlərinin yetişdirilməsi, təlim prosesi, bu sahədə onlayn müşahidə sistemləri və digər innovasiyaların tətbiqi və digər mövzularda təqdimatlar nümayiş etdirib, fikir mübadiləsi aparıblar.






Redaktorun seçimi