Yeniyetmə məhkumlarla görüş keçirilib

Hit: 160
Yeniyetmə məhkumlarla görüş keçirilib
Azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, maarifləndirmə işinin aparılması, onların sosial reabilitasiyası və cəmiyyətə yenidən reinteqrasiyası istiqamətində Ədliyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə mütəmadi tədbirlər həyata keçirir.
 
"İnsan Hüquqları Aylığı" çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində saxlanılan yeniyetmə məhkumlarla görüş keçirilib.
 
“İnsan hüquqları və insan alverinə qarşı mübarizə mövzusunda” təşkil edilmiş tədbirdə Mərkəzin əməkdaşları tərəfindən çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






Redaktorun seçimi