“Azərbaycan” gəmi-bərəsi əsaslı təmir edilərək yenidən istismara qaytarılıb

Hit: 291
“Azərbaycan” gəmi-bərəsi əsaslı təmir edilərək yenidən istismara qaytarılıb
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) RoPax tipli “Azərbaycan” gəmi-bərəsi əsaslı təmir edilib.
 
Təmir işləri "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılıb.
 
Gəmi üzrə boru və avtomatika işləri görülüb, müxtəlif təyinatlı nasoslar təmir olunub.
 
Bərənin sualtı və suüstü hissəsi, vaqon və avtomobil göyərtəsi təmizlənərək rənglənib. Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün kayutlarda lazımi işlər yerinə yetirilib.
 
Təmirdən sonra gəmi üzrə dəniz-sınaq yoxlaması həyata keçirilib. Sınaq işləri uğurla başa çatıb və gəmi yenidən istismara qaytarılıb.
 
2021-ci ildə istismara verilən ”Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.






Redaktorun seçimi