Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar

Hit: 169
Paytaxt məktəbliləri zona birinciliyində qalib olublar
Paytaxt məktəbliləri “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika yarışlarının Bakı şəhər zona birinciliyində qalib olublar. Belə ki, “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika yarışlarının Bakı şəhər zona birinciliyində 220 nömrəli məktəb-lisey I, 38 nömrəli tam orta ümumtəhsil məktəbi II, 98 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.
 
Komandalar birincilikdə “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” mərhələləri üzrə yarışıblar.
 
Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Gənc xilasedici və yanğınsöndürən” XIII ümumrespublika yarışlarının məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.






Redaktorun seçimi