Əfsanəvi “Atletlər kəndi”ndə yeni dövr - “Olympic Residence” satışa çıxarılır
Bakının müasir simasının simvollarından biri, ən parlaq idman tədbirləri və dünya idman ulduzlarına ev sahibliyi etmiş “Atletlər kəndi” öz qapılarını yeni sakinlərinə açır. Paytaxtın dinamik ritmini özündə birləşdirən “Olympic Residence” rəsmi satış mərhələsinə başlayır.
Komfortun hazır ünvanı: Çıxarışlı, mebelli və məişət texnikası ilə
“Olympic Residence” sakinlərinə sadəcə mənzil deyil, hər bir detalı incəliklə düşünülmüş hazır həyat tərzi təklif edir. Kompleksin təqdim etdiyi mənzillər bazarda mövcud olan digər təkliflərdən öz üstünlükləri ilə kəskin fərqlənir:
Çıxarış (kupça): Bu, mülkiyyət sahibləri üçün həm tam hüquqlu təhlükəsizlik, həm də rahat ipoteka imkanı yaradır.
İnteryer və rahatlıq: Mənzillər bütöv mebel dəstləri ilə təchiz olunub. Alıcılar təmir və mebel qayğısı olmadan, dərhal yeni evlərinə köçə bilər.
Texnoloji təchizat: Hər bir mənzil gündəlik həyatın rahatlığını təmin edən məişət texnikası ilə quraşdırılmış vəziyyətdə təhvil verilir.
Şəhərin nəbzi burada döyünür
Heydər Əliyev prospekti üzərində, 12 hektar ərazidə yerləşən “Olympic Residence” kompleks daxilində bütün gözləntilərinizi qarşılayır:
İdman: 1 futbol meydançası, 2 tennis kortu, velosiped zolaqları və yaxınlıqda yerləşən fitnes mərkəzi.
İstirahət: 12 hektarlıq şəxsi həyət sahəsi, yaşıl parklar və müasir uşaq meydançaları.
Məişət və təhsil: Kompleks daxilində məktəb fəaliyyət göstərir; tezliklə "Araz" supermarketi sakinlərin istifadəsinə veriləcək.
24/7 mühafizə olunan bu zəngin infrastruktur, “Olympic Residence”i Bakının ən əlverişli yaşayış ünvanlarından birinə çevirir.
Sərfəli şərtlər
Mənzillər cəmi 20% ilkin ödəniş və 48 ayadək hissəli ödəmə planı ilə təklif olunur. Tam ödənişə isə 10% endirim tətbiq olunur.
Qaliblərin məkanında yeni həyatınıza ilk addımı atmaq və mənzillərimizlə tanış olmaq üçün satış ofisimizə dəvətlisiniz:
Telefon: *2060
Veb-sayt: olympicresidence.az
Ünvan: Heydər Əliyev prospekti 117, "Olympic Residence" (keçmiş “Atletlər kəndi”).






































































