Gəncədə daha bir küçənin gecə işıqlandırması yenilənib

Hit: 170
Gəncədə daha bir küçənin gecə işıqlandırması yenilənib
Gəncə şəhərində piyadaların və nəqliyyat vasitələrinin gecə saatlarında təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.
 
Şəhər sakinləri üçün daha rahat və təhlükəsiz mühitin yaradılması, küçə və prospektlərin işıqlandırma sisteminin müasir standartlara uyğunlaşdırılması məqsədilə növbəti layihə Musa Xələfov küçəsində icra olunub.
 
Belə ki, ərazidə estetik və texniki tələblərə cavab verən, hündürlüyü 4 metr olan 20 ədəd yeni işıqlandırma dirəyi quraşdırılıb. Dirəklərdə enerji səmərəliliyi və yüksək işıqvermə qabiliyyəti ilə seçilən, 6500 K spektrdə təmiz ağ işıq saçan müasir LED lampalar yerləşdirilib.
 
Bununla yanaşı, təhlükəsizliyin artırılması və estetik görünüşün təmin olunması məqsədilə 600 metr uzunluğunda qoruyucu boru və eyni uzunluqda yeraltı kabel xətti çəkilib.
 
Paralel olaraq, MKTİB-nin 6 saylı Ərazi Xidmət Sahəsinin əməkdaşları tərəfindən küçədə abadlıq və təmizlik işləri də görülüb.
 
Qeyd edək ki, Gəncə şəhərinin müxtəlif ərazilərində işıqlandırma və abadlıq işləri mərhələli şəkildə davam etdirilir.






Redaktorun seçimi