“İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi keçirilib - FOTOLAR

Hit: 509
“İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi keçirilib - FOTOLAR
5 iyul 2025-ci il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bankının (ABB) təşəbbüsü ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi keçirilib.
 
Faktor.az xəbər verir ki, tədbirin əsas məqsədi qadın sahibkarlar arasında şəbəkələşmə imkanlarını gücləndirmək, B2B formatında əməkdaşlıqların qurulmasına şərait yaratmaq və ABB tərəfindən təqdim edilən güzəştli kredit imkanları ilə bağlı sahibkarlara ətraflı məlumat vermək olub.
 
Tədbirin açılışında AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək qonaqları salamlayıb, qadın sahibkarlar üçün yaradılmış yeni kredit imkanlarının əhəmiyyətini vurğulayıb və xüsusilə gənc sahibkarların bu fürsətdən yararlanmasının vacibliyini qeyd edib.
 
Daha sonra ABB-nin Kiçik və Orta Sahibkarlarla İş Departamentinin direktoru Pərviz Qurbanov çıxış edərək güzəştli kredit proqramının detalları barədə məlumat verib və bütün sahibkarları bu imkanlardan yararlanmağa təşviq edib.
 
Tədbir çərçivəsində ABB əməkdaşları tərəfindən güzəştli kreditlərin şərtləri və istifadə qaydaları ilə bağlı seminar təşkil olunub. Seminar zamanı bankın müxtəlif departamentlərinin nümayəndələri tərəfindən sahibkarlara təqdim edilən məhsul və xidmətlər haqqında ətraflı təqdimatlar edilib:
 
ABB-nin Qeyri-Kredit Məhsulları üzrə Baş Məhsul Sahibi Səidə Sultanova sahibkarlar üçün hazırlanmış “Çevik AI Xidmət Paketi” haqqında məlumat verib. O bildirib ki, bu paket sahibkarların əməliyyatlarının təhlili əsasında formalaşdırılıb və sərfəli, limitli, pulsuz xidmətlərlə təmin edir.
 
ABB-nin Kiçik və Orta Sahibkarlarla İş Departamentinin aparıcı mütəxəssisi Cavid Kərimov ümumi bank xidmətləri, TamKart və ABB İnvest xidmətləri, Kiçik və Orta Biznes üçün nəzərdə tutulmuş xidmət paketləri, invoysların maliyyələşdirilməsi, “Biznes refinans” krediti və ABB-nin digər banklardan fərqli üstünlükləri barədə ətraflı təqdimatla çıxış edib.
 
ABB-nin Korporativ və KOS Seqmenti üzrə Baş Məhsul Sahibi Samir Ağayev bankın təqdim etdiyi qarantiya növləri, “ABB Business Internet Banking” üzərindən təqdim olunan rəqəmsal məhsullar və o cümlədən “Təcili Qarantiya” xidmətləri haqqında məlumat verib.
 
ABB-nin Korporativ və KOS Seqmenti üzrə Baş Məhsul Sahibi Elvin Tahirov isə “Təcili və Ani Kredit Məhsulları” haqqında danışaraq sistemdə online qeydiyyat və müraciət prosesini vizual formada izah edib.
 
Seminarın sonunda sahibkarların sualları cavablandırılıb, kreditlərin təqdimat mexanizmi və strateji dəstək imkanları ətraflı şəkildə izah olunub.
ABB əməkdaşları tərəfindən iştirakçılara hədiyyələr təqdim edildikdən sonra tədbir B2B görüşlərlə davam edib. Görüşlər zamanı iştirakçılar qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Bu tədbir yalnız qadın sahibkarlar arasında şəbəkələşmə və yeni əməkdaşlıqların qurulması ilə deyil, həm də onlara bizneslərini inkişaf etdirmək üçün konkret maliyyə və texniki dəstək imkanlarının təqdim edilməsi baxımından da fərqlənib. Nəticə etibarilə, tədbir iştirakçılar üçün həm praktiki, həm də motivasiyaedici bir platformaya çevrilib.
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi