Yazgül Abdıyeva təltif edilib

Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva təltif edilib.
Faktor.az xəbər verir ki, bu barədə Yazgül Abdıyeva öz sosial hesabında məlumat verib.
Faktor.az xəbər verir ki, bu barədə Yazgül Abdıyeva öz sosial hesabında məlumat verib.
"Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, “İntellektual Hüquq Mərkəzi”nin direktoru, AYB üzvü, Prezident təqaüdçüsü hörmətli İlqar Türkoğlunun təqdimatı ilə Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasındakı fəaliyyətlərimə görə Çukurova Ədəbiyyatçılar Dərnəyinin təsis etdiyi Atatürk medalı və birliyin medal vəsiqəsi ilə təltif edildim.
Bu dəyərli təqdimata və təltifə görə hörmətli İlqar Türkoğluna, həmçinin Çukurova Ədəbiyyatçılar Dərnəyi rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Türk Dünyası və türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi hər zaman böyük əhəmiyyət daşıyır və bu yolda xidmət etmək mənim üçün qürurvericidir", deyə Y.Abdıyeva qeyd edib.


