Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb

Hit: 171
Dövlət Xidmətinin qurumların informasiya resurslarında aşkarladığı təhlükəsizlik boşluqları artıb
Bu ilin ilk yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) apardığı audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 902 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
 
Faktor.az XRİTDX-in Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
 
Təkcə iyun ayında 211 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 5,5 faiz daha çoxdur.








Redaktorun seçimi